"Yuventus" Ronaldunun komandadan gedəcəyi barədə xəbərlərə aydınlıq gətirdi
İtaliya "Yuventus"unun baş məşqçisi Andrea Pirlo futbolçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında suala cavab verib.
Sportline.az “Marca”ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis bu barədə məlumatların şayiə olduğunu qeyd edib.
"...Şayiələrə gəlincə, bu, normaldır. O, (Kriştuanu Ronaldu - red) Messi ilə yanaşı, dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”, - mütəxəssis deyib.
Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə 32 oyuna 27 qol vurub.
Daha əvvəl bildirilirdi ki, "Yuventus" Ronaldunu 60 milyon avroya satmağa hazırdır. Məlumata görə, "Yuventus" 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilmədiyi üçün belə qərara gəlib. Ronaldunu almağa əsas namizəd isə Fransa PSJ-sidir.