"Yuventus" Ronaldunun qərarını gözləyir

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı qərar verməsini gözləyir.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisi ilə müqaviləni uzatmağa hazır olub-olmadığına aydınlıq gətirməlidir.

Çünki klubun transfer bazarındakı işi portuqaliyalı oyunçudan asılıdır. Forvard komandanı tərk edərsə, "Yuventus" eyni anda bir neçə oyunçu ala biləcək.

Ronaldunun karyerasını harada davam etdirəcəyinə iyulun ortalarında qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.