"Yuventus" serbiyalı futbolçusuna qiymət qoydu
"Yuventus" serbiyalı futbolçusu Duşan Vlahoviçin transfer qiymətini açıqlayıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Turin klubu Vlahoviç üçün 55 milyon avro tələb edir.
25 yaşlı hücumçu ilə "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Nyukasl Yunayted" yaxından maraqlanır.
Qeyd edək ki, Vlahoviçin "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 14 qol və 5 asistlə yadda qalıb.