“Yuventus” stopperi ilə yola davam edəcək

“Yuventus” Pierre Kalulu ilə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.

Sportline.az xəbər verir ki, “Yuventus” əsas müdafiəçisi Pierre Kalulu ilə müqavilə yeniləmək istəyir. 

İtaliya mətbuatının məlumatına görə, “Bianconeri” Kaluluya 2030 və ya 2031-ci ilin iyununa qədər davam edəcək yeni müqavilə təklif etməyi planlaşdırır.

Klub müdafiəçinin maaşını da illik 3 milyon avroya qaldırmağa hazırdır.