"Yuventus" "Tottenhem"dən 60 milyon avro tələb edir
"Tottenhem" "Yuventus"un müdafiəçisi Qleyson Bremeri heyətinə qatmaq istəyir.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Turin klubu brazilyalı futbolçu üçün 60 milyon avro tələb edir.
28 yaşlı stopperlə "Çelsi", "Mançester Yunayted", "Bavariya" və PSJ kimi klublarda yaxından maraqlanır.
Qeyd edək ki, Q.Bremer cari mövsüm meydana çıxdığı 5 matçda 2 məhsuldar ötürmə müəllifi olub.