"Yuventus" türkiyəli futbolçunu heyətinə qata bilər
"Yuventus" klubu gənc türkiyəli futbolçu Esad Denizin transferi ilə bağlı razılıq əldə edib.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, Turin təmsilçisi hazırda "Ayaks"ın gənclər akademiyasında çıxış edən Esad Denizi transfer etməyə hazırlaşır.
16 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Transfer rəsmiləşdikdən sonra Esad Deniz "Juventus Next Gen" komandasında çıxış edəcək və İtaliya C Seriyasında forma geyinəcək.