"Yuventus" uduzub 6-cı pilləyə düşdü
İtaliya A seriyasında 37-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, "Yuventus" Turində "Fiorentina"nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qləbəsi ilə başa çatıb. Qolları Çer Ndour (34) və Rolando Mandragora (83) vurub.
3-cü yerdə olan "Yuventus" bu xal itkisindən sonra 6-cı pilləyə düşüb. Turin təmsilçisi uduzmaqla sona bir tur qalmış Çempionlar Liqasına vəsiqə şansını xeyli çətinləşdirib. "Fionretina" isə 41 xalla 15-cidir.