"Yuventus" ulduz futbolçunun ovuna çıxıb

"Yuventus” hazırda "Mançester Yunayted”in formasını geyinən sabiq futbolçusu Pol Poqbanın "ovuna çıxıb".
 
Sportline.az xəbər verir ki, "qoca senyora" Miralem Pyaniç və Adrien Rabyonun gedişi ehtimalının artmasından sonra Poqba ilə danışıqlara başlayıb.
 
İtaliya mətbuatında yayılan məlumata görə, fransalı futbolçuya kifayət qədər yüksək əməkhaqqı təklif olunub.
 
Qeyd edək ki, Poqbanın "qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.