"Yuventus" və PSJ arasında danışıqlar davam edir

“Yuventus” Kolo Muani üçün PSJ ilə danışıqları davam etdirir.

Sportline.az xəbər verir ki, “Yuventus” və PSJ hücumçu Randal Kolo Muaninin transferi ilə bağlı irəliləmiş danışıqlar aparır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Tərəflər fransalı forvardın qiymətini 60 milyon avro olaraq müəyyənləşdiriblər: 55 milyon avro əsas məbləğ, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Müqavilənin “icarə + məcburi satınalma” formatında olması nəzərdə tutulur.

Hazırda klublar əlavə şərtlərin strukturu və satınalma öhdəliyinin hansı hallarda qüvvəyə minəcəyini müzakirə edirlər.

Fransa millisinin üzvü olan Kolo Muani 2023-cü ildən PSJ-də çıxış edir.