“Yuventus” “Vilyareal”ın qonağı olacaq
UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Vilyareal" "Estadio de la Seramika"da "Yuventus"la üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda "Vilyareal"da itkilərin sayı çoxdur. Ayoze Perez, Jerar Moreno, Loqan Kosta, Pau Kabanes, Xuan Foyt və Villi Kamvala zədədən əziyyət çəkir.
"Yuventus"da Arkadüş Milik və Fabio Miretti matçın iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, "Vilyareal" - "Yuventus" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.