"Yuventus" Vlahoviçin meneceri ilə görüşəcək

"Yuventus"un rəhbərliyi bu həftə Duşan Vlahoviçin meneceri ilə görüşəcək.

Sportline.az insayder Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

D.Vlahoviçin klubla hazırki sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Vlahoviçlə "Arsenal", "Barselona" və "Milan" yaxından maraqlanır.