"Yuventus"da ayrılıq

"Yuventus"un italiyalı futbolçusu Andrea Kambiyaso "Mançester Siti"nin radarına düşüb.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu A.Kambiyaso üçün "Yuventus"a 65 milyon avro təklif edib. Turin klubu bu təklifi dəyərləndirəcək.

Kambiyasonun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 25 oyunda 2 qol və 2 asistlə yadda qalıb.