"Yuventus"da ayrılıq gözlənilir

"Yuventus"un kanadalı hücumçusu klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, rəhbərlik 25 yaşlı forvardın çıxışından narazıdır.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, C.Devyid cari mövsüm meydana çıxdığı 22 matçda 3 qol, 1 asistlə yadda qalıb.