"Yuventus"da ciddi itki

"Yuventus"un cinah futbolçusu Fransisko Konseysao zədələnib.  

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti açıqlama yayıb.  

22 yaşlı portuqaliyalı oyunçu sağ bud əzələsindən zədə alıb və təxminən 10 gün müddətində komandaya qoşula bilməyəcək.  

Beləliklə, Fransisko A Seriyasının "Atalanta" və "Fiorentina" ilə qarşılaşmalarını buraxacaq.  

Cari mövsümdə Konseysao 29 oyunda iştirak edib, 5 dəfə rəqib qapısına yol tapıb və 4 məhsuldar ötürmə verib.