"Yuventus"dan 33 milyon avroluq transfer
"Yuventus" "Kristal Pelas"ın forvardı Jan Filipp Matetanı transfer etməyə çalışır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.
Turin klubu bu keçid üçün qarşı tərəfə 33 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, J.Filipp Mateta bu mövsüm meydana çıxdığı 33 matçda 10 qol, 2 asistlə yadda qalıb.