"Yuventus"dan daha bir yüksək göstərici

İtaliya A Seriyasının 36-cı turunda “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirən "Yuventus” yeni rekord müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, Turin klubu Avropanın “böyük beşlik” çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub.

"Qoca sinyora" bu mövsüm 8-ci çempionluğunu qazanan “Bavariya”nı bu göstəricidə geridə qoyub.

Qeyd edək ki, bu, “Yuventus”un tarixində 36-cı çempionluğu olub.