"Yuventus"dan "Liverpul"a təklif var

"Yuventus" "Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes üçün rəsmi təklif göndərib.

Sportline.az "Repubblica"ya istinadən xəbər verir ki, Turin klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Mersisayd klubu 26 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, Darvin Nunyesin "Liverpul"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

O, ötən mövsüm meydana çıxdığı 47 matçda 7 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Nunyes "Liverpul"a 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avro qarşılığında transfer olunmuşdu.