"Yuventus"dan qərar
“Yuventus” klubu baş məşqçi məsələsində yeni qərar qəbul etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, Turin təmsilçisinin diqqət mərkəzində təcrübəli mütəxəssis Luçiano Spalletti yer alıb.
Klub rəhbərliyi komandanın gələcək planları çərçivəsində onun namizədliyini ciddi şəkildə dəyərləndirir.
Məlumata görə, “Yuventus” rəhbərliyi yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar ata bilər. Spallettinin təcrübəsi və karyerası klub üçün önəmli üstünlük kimi qiymətləndirilir.