"Yuventus"dan "qızıl dubl"

İtaliya kubokunda 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Milan" və "Yuventus" komandaları üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan matçda qalib əlavə vaxtda müəyyənləşib. Alvaro Morata turinlilərə qələbə bəxş edib. 

Bununla da, "Qoca sinyora" mövsümü "qızıl dubl"la bitirib. 

21 may 2016
İtaliya kuboku
FİNAL


"Milan" - "Yuventus" - 0:0
ƏLAVƏ VAXT:
0:1
QOL: Morata, 110 (0:1)