“Yuventus”dan Spalettiyə şərt
"Yuventus" baş məşqçi Luçano Spaletti ilə yollarını ayıra bilər.
Sportline.az xəbər verir ki, Turin təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi halda bu qərarın reallaşacağı gözlənilir.
Məlumata görə, komanda bu hədəfdən erkən uzaqlaşarsa, klub rəhbərliyi Spalettinin istefasını mövsüm başa çatmamış həyata keçirə bilər.
Hazırda "Yuventus" 30 turdan sonra 53 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 67 yaşlı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.