"Yuventus"un əsas hədəfi odur
"Yuventus" "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalini yayda transfer etməyi hədəfləyir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
25 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 36 matçda 5 asistlə yadda qalıb.