"Yuventus"un gözü brazilyalı futbolçuya düşüb
"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Tutto Mercato"ya istinadən xəbər verir ki, "Yuventus" Antonini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
"Mançester Yunayted" 25 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Antoni cari mövsüm ("Real Betis" - "Mançester Yunayted") çıxış etdiyi 20 matçda 4 qol və 2 asistlə yadda qalıb.