"Yuventus"un qələbə seriyası qırıldı
İtaliya "A Seriya"sında 26-cı tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Çempionatın lideri "Yuventus" "Bolonya"nın qonağı olub. Ardıcıl qələbələri sıralayan "Qıca Sinyora" bu dəfə xal itirib. Qarşılaşmada hesab açılmayıb.
19 fevral 2016
"A Seriya", 26-cı tur
"Bolonya" - "Yuventus" - 0:0