Zaha “Lion”dan ayrıla bilər

“Lion”da icarə əsasında çıxış edən Vilfred Zaha yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Lequipe” qəzetinə istinadən xəbər verir ki, “Lion” rəhbərliyi Zahanı klubda saxlamaq niyyətində deyil. 31 yaşlı futbolçunu yanvarda klubdan göndərəcəklərini açıqlayıblar.

Zaha müqavilə əsasında “Qalatasaraya” klubuna məxsusdur.

Qeyd edək ki, Vilfred Zaha bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 1 asistlə yadda qalıb.