Zamiq Əliyevin komandasından heç-heçə
Albaniya Superliqasında 29-cu tura start verilib.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" "Elbasani"nin qonağı olub.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu nəticədən sonra "Eqnatia" 51 xalla 3-cü pillədə qərarlaşıb.