Zaniolodan nümunəvi addım

İtalyan futbolçu Nikolo Zaniolo fevralın 6-da Kahramanmaraş zəlzələlərində dünyasını dəyişən Muhammet Emin Özkanın xatirəsinə yeni komandası Fiorentina"da 17 nömrəli formanı seçib.

Sportline.az xəbər verir ki, "Qalatasaray"dan icarə əsasında "Fiorentina"ya keçən 25 yaşlı hücumameyilli futbolçu media konfransda italyan jurnalistlərə bu cür açıqlama verib.

Zaniolo "Niyə 17 nömrəni seçdiniz?" sualına "Türkiyədə zəlzələdə həyatını itirən uşaq üçün 17 nömrəli formanı seçdim. Atasına söz vermişdim" deyə cavab verir.

Təcrübəli futbolçu 2022-2023 mövsümündə "Qalatasaray"da oynayıb.

Zaniolo "Qalatasaray"la Antalyada düşərgədə olarkən zəlzələdə həyatını itirən 17 yaşlı Mohammed Emin Özkanın atası ilə görüşüb. İtaliyalı futbolçu sarı-qırmızılı komandanın heyətində də 17 nömrəli formanı geyinib.

Qeyd edək ki, İtaliyanın Ankaradakı səfirliyi də sosial media hesabında Zaniolonun mənalı jestinə görə təşəkkürünü bildirib.