Zaur Svanadze: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"
“Bizi çətin oyun gözləyir. Rəqibin gücündən xəbərimiz var”. Sportline.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Fola” ilə qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcısı oyunöncəsi mətbuat konfransında qısa danışıb. Gürcü mütəxəssis ümidli olduğunu bildirib: “Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar ciddi hazırlaşırlar, şükür zədəlimiz yoxdu. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”. Qeyd edək ki, “Fola” – “İnter” oyunu bu gün saat 21:30-da başlanacaq.