Zaur Svanadze "Dinamo"da
"Keşlə"dən ayrılan Zaur Svanadzenin yeni iş yeri müəyyənləşib.
SportLine.az xəbər verir ki, gürcü mütəxəssis karyerasını vətənində davam etdirəcək. O, Tiflis "Dinamo"su ilə razılığa gəlib.
Z.Svanadze paytaxt təmsilçisində baş məşqçisi Kaxaber Kaçaravanın köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin yayından 2017-ci ilin oktyabrına qədər "Keşlə”nin baş məşqçisi olub.