"Zenit" "Marsel"in futbolçusu ilə maraqlanır

"Marsel"in yarımmüdafiəçisi Amin Arit karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az Soccer.ru-ya istindala xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Zenit" maraqlıdır. Sankt-Peterburq klubu mərakeşli oyunçunun transferi ilə bağlı artıq danışıqlara başlayıb.

Ötən mövsüm "Marsel"lə 44 oyuna çıxan Arit bu görüşlərdə 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2017-ci ildən Mərakeş millisinin formasını geyinən Arit 24 oyunda 1 qol imza atıb.