"Zenit"in fanatları İspaniyada yaralanıblar

Avropa Liqasının qrup mərhələsinin "Real Sosyedad" - "Zenit" (1-3) matçını izləmək üçün San-Sebastyana yollanan rusiyalı fanatlardan 3-ü yaralanıb. Sportline.az El Diario Vascoya istinadən xəbər verir ki, bu, stadion ətrafında yaşanan qarşıdurma nəticəsində baş verib. Polisin saxladığı 30 rusiyalı azarkeşin şəhər küçələrində dava-dalaşla yanaşı, pirotexnik vasitələrdən istifadə etdiyi də bildirilir.