"Zenit"in müdafiəçisi "Fənərbaxça"da
"Zenit"in portuqaliyalı futbolçusu Luş Netunun "Fənərbaxça"ya transferi yekunlaşmaq üzrədir. Sportline.az Türkiyə və Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda onun meneceri Bruno Karvalyu məlumat yayıb. O, təsdiqləyib ki, 29 yaşlı müdafiəçi istanbullularla tam razılığa gəlib. Netunun sabah axşam İstanbula gəlişi gözlənilir.