Zərif şahmatçılarımız "Qarabağ" formasında

Qadın şahmat millisi “Qarabağ” klubuna dəstək nümayiş etdirib.

Sportline.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində bir araya gələn qızlar komandanın baş məşqçisi Qurban Qurbanovun onlara hədiyyə etdiyi "Qarabağ"ın formalarını geyinərək, sosial şəbəkələrdə paylaşıblar.

"Qarabağ"ın sosial şəbəkə hesabı xanım şahmatçılara təşəkkür edib: "Meydanda biz, masada siz, Qarabağdır Azərbaycan! Sizə "Qarabağ" forması yaraşır!"

Ötən il Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatının 9-cu turda Ermənistan üzərində 3:1 qələbə qazanan millimiz tarixində 2-ci dəfə bürünc medallara qovuşmuşdu.