Zidan Fransa millisində yeni təyinat planlaşdırır

Fransa millisinin gələcək baş məşqçisi olacağı gözlənilən Zinəddin Zidan komandaya rəhbərlik edəcəyi təqdirdə məşqçilər korpusunda mühüm dəyişiklik etməyi planlaşdırır.

Sportline.az  “Lequipe” nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis milli komandanın sükanı arxasına keçdikdən sonra sabiq Fransa komandasının qapıçısı Fabien Bartezi qapıçı məşqçisi vəzifəsinə təyin etməyi nəzərdən keçirir.

Qeyd edək ki, Bartez Fransa millisinin heyətində Dünya və Avropa çempionluğu qazanmış, ölkə futbolunun ən yaddaqalan qapıçılarından biri hesab olunur. Zidan isə onun təcrübəsinin milli komandaya faydalı olacağına inanır.

Bu təyinatın reallaşıb-reallaşmayacağı Zidanın Fransa millisinin baş məşqçisi postuna rəsmi təyin olunmasından sonra dəqiqləşəcək.

Banner