Zidan Fransa millisinə qayıdır

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, fransız futbolunun əfsanəvi simalarından olan Zinəddin Zidan məşqçilik karyerasında ilk dəfə milli komanda təcrübəsi yaşamağa yaxındır.

Məlumata görə, o, Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə edib və 2026 FIFA Dünya Çempionatı başa çatdıqdan sonra Fransa millisinin baş məşqçisi postunu tutacaq.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.