Zidan İstanbul nəhəngini çalışdıra bilər

"Fənərbağça"nın rəhbərliyi klubun sükanı arxasına Zinəddin Zidanı gətirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Sabah" qəzeti məlumat yayıb.

İstanbul klubu Zidanla əlaqə saxlayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəsis son olaraq 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb.