Zidan "Yuventus"u çalışdıra bilər
"Yuventus" italiyalı baş məşqçisi Tiaqo Motta ilə yollarını ayıracaq.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu baş məşqçi postuna Zinəddin Zidanı gətirmək istəyir.
Qeyd edək ki, Zidan futbolçu kimi 1996-2001-ci illər ərzində "Yuventus"da çıxış edib.