Zidanın milli sevdası

“Real"ın prezidenti Florentino Peres komandanın keçmiş baş məşqçisi Zinəddin Zidanla bağlı açıqlama verib. 

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Peres Zidanın Fransa yığmasına rəhbərlik etmək istədiyini deyib:
 
“Zidan Fransa millisinə rəhbərlik etmək istəyir. Əminəm ki, o, böyük uğurlar qazanacaq. “Real”a qayıtmaq istəsə, sevinərəm. İspaniya onun ikinci vətənidir”.
 
Xatırladaq ki, Zidan ötən mövsümdə “Real”ı çalışdırıb. Fransalı mütəxəssis hazırda işsizdir.