Zinçenko "Ayaks"da

"Arsenal"ın ukraynalı futbolçusu Oleksander Zinçenko karyerasını "Ayaks"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

"Ayaks" bu keçid üçün qarşı tərəfə 1.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Zinçenko mövsümün ilk yarısını "Nottingem Forest"də icarə əsasında keçirib.