Zinçenko Niderland nəhənginə gedir
"Nottingem Forest"də icarə əsasında çıxış edən Oleksander Zinçenko karyerasını Niderland çempionatında davam etdirə bilər.
Sportline.az jurnalist Aleks Krokun məlumatına istinadən xəbər verir ki, "Ayaks" 29 yaşlı sol cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Ukrayna millisinin üzvü müqavilə əsasında "Arsenal"a məxsusdur.
Qeyd edək ki, O.Zinçenko cari mövsüm 10 rəsmi matçda meydanda olub. Təcrübəli oyunçunun məhsuldarlıq göstəricisi yoxdur.