Zinəddin Zidan "ən yaxşı" seçildi
Fransada 2017-ci ilin "ən yaxşı məşqçisi"nin adı açıqlanıb.
SportLine.az xəbər verir ki, "France Football" nəşrinin təsis etdiyi mükafat Zinəddin Zidana verilib. "Real"ın baş məşqçisi ardıcıl ikinci dəfə mükafata sahib çıxıb.
"Real Madrid" ötən il Zidanın rəhbərliyi altında Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olub.