"Zirə"-"Astra": Heyətlər

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sportline.az  xəbər verir ki, yarışda çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.

Azərbaycan klubları arasında ilk sınaq “Zirə”nin olacaq. Qəsəbə təmsilçisi öz meydanında “Astra”nı qəbul edəcək. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi.

Bakılılar ən azı 2 cavabsız qol vurmalıdı. İndiyədək heç bir Azərbaycan klubu səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, zirəlilər mərhələ keçməyə iddialıdı. Komandalarımız üçün düşərli “Dalğa Arena”ya növbəti qələbə arzusu ilə çıxacaq “Zirə” azarkeşlərini sevindirməklə ölkə reytinqinə də xal əlavə etmiş olacaq. Bakılılar turu adlasa, Ukrayna “Aleksandriya”sı ilə görüşəcək. Bu rəqibin də keçilməz olmadığını nəzərə alsaq, pley-off şansları da olan təmsilçimiz üçün “Astra” ilə duel çox vacibdi.

 

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

 

20 iyul

21.00 Zirə (Azərbaycan) - Astra (Rumıniya)

Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov.

Baş məşqçi: Ayxan Abbasov.

Astra: 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu.

Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri.

Baş məşqçi: Eduard Yordanesku.

Hakimlər: Georgi Vadaçkoria, Zaza Menteşaşvili, Giorgi Elikaşvili, Qoqa Kikaçeyşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).

Hakim-inspektor: Sergey Zuyev (Rusiya).

Bakı. “Dalğa Arena” stadionu.