"Zirə" "İnter"i məğlub edib zirvəyə yüksəldi
Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. SportLine.az xəbər verir ki, sonuncu oyunda "Zirə" "İnter"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. Bu nəticə ilə "Zirə" 2-ci pilləyə yüksəlib.
31 yanvar 2016
TPL, 19-cu tur
“Zirə” – “İnter” - 2:1
Qol: Luis Alberto, 13, (1:0), Abbas Hüseynov, 48 (1:1), Nurlan Novruzov, 86 (2:1)
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Mübariz Haşımov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu