"Zirə" klubunda yeni baş məşqçi

2021/2022-ci illər futbol mövsümündə Azərbaycan çempionatının I divizionunda çıxış edəcək “Zirə-2” komandasının baş məşqçisi Azər Məmmədov təyin edilib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.

“Zirə-2” ötən mövsüm 1-ci divizionda çıxış etməyib.