"Zirə" Rəşad Sadiqovu qovdu

"Zirə" futbolçusu Rəşad Sadiqovla yollarını ayırıb. SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Baş məşqçi Ayxan Abbasovun yarımmüdafiəçini intizamsız davranışına görə komandadan kənarlaşdırdığı deyilir.

Qeyd edək ki, R.Sadiqov yay transfer pəncərəsində "Zirə"yə keçmişdi.