"Zirə"nin revanşı alınmadı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları olacaq. Sportline.az xəbər verir ki,3 təmsilçimiz mərhələni adlamağa çalışacaq. Azərbaycan klubları arasında ilk sınaq “Zirə”nin olacaq. Komandamız Rumıniya “Astra”sını qəbul edəcək. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri nğvbəti mərhələ üçün ən azı 2 cavabsız qol vurmalıdırlar.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya) - 0:0 (Fasilə)
İlk oyun
 - 1:3

Hakimlər: Georgi Vadaçkoria, Zaza Menteşaşvili, Giorgi Elikaşvili, Qoqa Kikaçeyşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).

Hakim-inspektor: Sergey Zuyev (Rusiya).

Bakı. “Dalğa Arena” stadionu.