"Zirə" - "Sumqayıt": Heyətlər açıqlandı

Bu gün Topaz Premyer Liqasında 3-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma olacaq.

Çempionata uğurlu start verən "Zirə" "Sumqayıt"ı qəbul edəcək. İki turdan sonra zirvədə qərarlaşan paytaxt klubu, mövqeyini qorumaq, "kimyaçılar" isə "Zirə"yə çatmaq barədə düşünür.

26 avqust 2017
TPL, 3-cü tur

18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 10. Orxan Əliyev, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov

Baş məşqçi:  Ayxan Abbasov

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 13. Bəhlul Mustafazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov

Baş məşqçi:  Samir Abasov