"Zirə"də 3 yeni müqavilə

“Zirə” müqaviləsi başa çatan 3 futbolçu ilə yeni müqavilə imzalayıb. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar Anar Nəzirovla Kamal Bayramov komandada saxlanılıb.

Hər 3 futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, bu futbolçular Premyer Liqadakı debüt mövsümündən “Zirə”də  çıxış edir.  

Banner