"Zirə"dən minimal hesablı qələbə

Bu gün Topaz Premyer Liqasında 20-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda mübarizə aparan "Zirə" və "Sumqayıt" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq. 

Meydan sahiblərini bu görüşdə yalnız 3 xal qane edəcəksə, "kimyaçılar"a 1 xal da kifayətdir.


27 fevral 2017
TPL, 20-ci tur

“Zirə” – “Sumqayıt” - 1:0
QOL: 
Riçard Qadze, 35 (1:0)
Mövsümün ilk iki oyunu: 0:1, 0:1
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Standings provided by Sofascore LiveScore

Banner