"Zirə"dən daha bir rekord
Topaz Premyer Liqanın debütantı “Zirə” ardıcıl 4-cü quru oyununu keçirib.
SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” (1:0), “Rəvan” (4:0) və “Xəzər Lənkəran” (1:0) üzərində qələbələrin ardından paytaxt klubu “Neftçi” ilə qolsuz heç-heçə edib.
İlk mövsümdür Premyer Liqada çıxış edən zirəlilər 31 turda özünün ən uzun quru seriyasına imza atıb. Komandanın qapıçısı Anar Nəzirov artıq 372 dəqiqədir qapısında qol görmür.
O, sonuncu dəfə 27-ci turun “Kəpəz”lə qarşılaşmasında qol üzüntüsü yaşayıb. Həmin matçın 78-ci dəqiqəsində komanda yoldaşı Tellur Mütəllimov avtoqol müəllifi olub.