"Zirə"nin daha bir rəqibi müəyyənləşdi
Hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə"nin yoxlama oyununda üz-üz gələcəyi daha bir rəqibi müəyyənləşib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 18-də Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq.
Həmin tarixdə “Zirə”nin rəqibi "Dordoy" (Bişkek) klubu olacaq.
Komanda yanvarın 22-də isə Bolqarıstan təmsilçisi "Lokomotiv"lə (Qorna) qarşılaşacaq.